AZ

Elm və təhsil naziri Şirvanda vətəndaşlarla görüşüb

Bakı, 28 oktyabr, AZƏRTAC

Elm və təhsil naziri Emin Əmrullayev Şirvan şəhərində vətəndaşlarla görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Şirvan, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar sakinləri iştirak ediblər.

Emin Əmrullayev görüşdən əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib.

Görüşdə vətəndaşlar müəllimlərin işə qəbulu və yerdəyişməsi, iş yerinin daimiləşməsi, həmçinin digər məsələlərlə bağlı müraciət ediblər.

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
454
5
azertag.az

10Mənbələr