AZ

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edib

Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 24-də Naxçıvan şəhərində vətəndaşları qəbul edib. Qəbulda Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur sakinləri iştirak ediblər. 
 Qəbulda vətəndaşlar əsasən işə qəbul, ümumi təhsil, tələbələrin köçürülməsi və digər məsələlərlə bağlı müraciətlər ediblər.   
 Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
484
3
qht.az

10Mənbələr