AZ

Sahil Babayev Mingəçevir şəhərində vətəndaşları qəbul edib - FOTO

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Mingəçevir şəhərində həmin şəhərin və Yevlax rayonunun sakinlərini qəbul edib.
 
Qəbuldan əvvəl Sahil Babayev və Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət ediblər.
 
Qəbul zamanı vətəndaşlar aktiv məşğulluq proqramlarına, o cümlədən özünüməşğulluq proqramına cəlb olunma, əlillik və ünvanlı dövlət sosial yardımı, mənzil təminatı, reabilitasiya və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.  Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb. 
 
Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar  müraciətləri əsasında aktiv məşğulluq  proqramlarına, habelə özünüməşğulluq proqramına, reabilitasiya xidmətlərinə cəlb edilmələri üçün  qeydiyyata alınıblar. 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
479
4
moderator.az

10Mənbələr