AZ

Alman məktəblərində ukrayna dili tədris olunacaq

Hessen federal əyalətinin hakimiyyəti məktəblərdə Ukrayna dilini ikinci xarici dil kimi tətbiq edən Almaniyanın ilk regionu olmaq istəyir.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə yerli hakimiyyət orqanlarının bəyanatında deyilir.

 

Hessenin mədəniyyət və təhsil naziri Armin Şvars deyib: “Biz Ukraynanı dəstəkləməkdən yorulmamalıyıq.


Növbəti tədris ilində Ukrayna dili pilot layihə çərçivəsində məktəblərdə ikinci xarici dil kimi təklif olunacaq.

 

Bu o deməkdir ki, çoxlu ukraynalı uşaqların təhsil aldığı regionun ilk məktəbləri sınaq mərhələsinə başlayacaq. Ukrayna mənşəli olmayan tələbələr də Ukrayna dilini öyrənə bilərlər.

 

Hessenin beynəlxalq məsələlər üzrə naziri Manfred Pentz iddia edir ki, belə bir qərar “fərqli Ukrayna mədəniyyətinin qorunmasına töhfədir”.

 

Bundan əvvəl Der Spiegel jurnalı Almaniya Daxili İşlər Nazirliyinin Xristian Demokrat və Xristian Sosial Birlik (CDU/CSU) fraksiyasından olan Bundestaq deputatı Aleksandr Trom-a verdiyi cavaba istinadən Almaniyaya gələn ukraynalıların sayı barədə məlumat yayıb. 2022-ci ilin fevralından bu yana 1,6 milyon nəfəri keçib.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
50
oxu24.com

10Mənbələr