AZ

Ukrayna ilə həmsərhəd Tisa çayında daha bir kişi meyiti tapılıb

Ukrayna və Rumıniya sərhədində Tisa çayında daha bir meyit tapılıb.

 

Oxu24.com  xəbər  verir   ki, bu barədə ukraynalı jurnalist Vitali Qlaqola öz Telegram kanalında məlumat verib.

 

“Daha bir adam Tisa çayında boğuldu. Bu, 31-ci faciəli hadisədir”, - deyə o yazıb.

 

Jurnalist bildirib ki, cəsəd Velyatinski körpüsünün bir az altında, Zakarpat vilayətinin Xust şəhəri yaxınlığında tapılıb.

 

Ukraynada ölüm hallarının bu sayı hərbi yaşda olan kişilərin Ukraynanı qeyri-qanuni yollarla, o cümlədən həyatlarını riskə ataraq tərk etməyə çalışmaları ilə əlaqələndirilir.

 

Bundan əvvəl Birləşmiş Ştatlar Ukraynadan Rumıniyaya üzən minlərlə qaçışçı haqqında məlumat vermişdi.

 

“The New York Times” qəzetinin yazdığına görə, səfərbərlikdən yayınmaq istəyən minlərlə ukraynalı Tisa çayı boyunca üzərək keçir.

 

Məqalədə qeyd olunub ki, kişilərin səfərbərlikdən qaçması və vətənlərini müdafiə etmək istəməməsi Kiyevin qarşısında duran böyük problemdir.

 

Bir gün əvvəl Ukrayna-Polşa sərhədində səfərbərliyin sərtləşdirilməsi haqqında qanunun qüvvəyə minəcəyi 18 may ərəfəsində ölkəni tərk etmək üçün növbələr yaranıb.

 

Bundan əvvəl Ali Rada Ukraynada səfərbərliyin sərtləşdirilməsi haqqında qanun qəbul edib.

 

Miri

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
196
9
oxu24.com

10Mənbələr