AZ

Olaf Şolts: "Bu addım bizi Ukrayna münaqişəsinə cəlb edə bilər"

Qərb ölkələri Ukrayna üzərində uçuşa qadağa zonası tətbiq etməməlidir, çünki belə bir addım onları birbaşa Rusiya ilə hərbi əməliyyatlara cəlb edə bilər. 

HİT.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts Almaniya Sosial Demokrat Partiyasının "YouTube" kanalında yayımlanan seçkiqabağı tədbir çərçivəsində məlumat verib.

Almaniya kansleri xatırladıb ki, Rusiyanın xüsusi hərbi əməliyyatının əvvəlində Ukrayna üzərində uçuşa qadağan zonanın tətbiqi ideyası müzakirə olunub. Onun sözlərinə görə, bu, o deməkdir ki, Qərb NATO-nun köməyi ilə ukraynalı olmayan bir qırıcının da ölkə üzərindən uçmayacağını təmin edə bilər.

O, belə addımların Almaniyanı birbaşa Ukrayna münaqişəsinə cəlb edə biləcəyini vurğulayıb. Onun fikrincə, nə Aİ, nə də ABŞ hərbi əməliyyatların birbaşa iştirakçısına çevrilməməlidir.

Samir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
159
50
hit.az

10Mənbələr