AZ

Azərbaycanda insan alverinin xüsusi forması var ki, bu da siyasi alverdir- Deputat

Azərbaycanda insan alverinin xüsusi forması var ki, bu da siyasi alverdir. Bunu deputat Siyavuş Novruzov deyib. 

"Siyasi alverin mənbəsini tapmaq lazımdır. Belə bir hal var ki, heç bir siyasi fəaliyyəti olmayan, partiya mənsubluğu olmayan şəxslər siyasi fəaliyyəti ilə bağlı arayış almaqla xaricdə sığınacaq istəyir. Məsələn hər hansı bir mitinqdə gəlib bir foto çəkdirir və guya azadlığı əlindən alınıb kimi xaricə getmək üçün müraciət edir. Aiddiyatı orqanlar bu məsələni araşdırılmalıdır. Bunlar hamısı maşın alverçiləridir”, - deputat mayın 21-də İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2023-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatına münasibət bildirərkən deyib. 

Deputat bildirib ki, insan alveri əksər hallarda yoxsulluqdan, iqtisadi çətinlikdən və müharibədən səbəbindən baş verir.
 
Gülnar Nazimqızı

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
185
15
anews.az

10Mənbələr