AZ

Azərbaycanda polislərin təhsil səviyyəsi aşağıdır- Deputat

Bir çox problemlər ondan qaynaqlanır ki, polislərin təhsil səviyyəsi aşağıdır. Bunu deputat Qüdrət Həsənquliyev deyib. 


"Azərbaycan polisi öz fəaliyyətində hər zaman müstəsna rol oynayır. Onların əmək haqqları da aşağıdır. Baxmayaraq ki, bununla bağlı polislər öz razılığını ifadə edirlər. Bir çox problemlər ondan qaynaqlanr polislərin təhsil səviyyəsi aşağıdır. Bütün polislərimiz təhsilli olmalıdır. Qəbul testlə həyata keçirilməlidir. Onların qavrama bacarıqları araşdırılmalıdır. Qavraması aşağı olacaqsa qanunları qaydaları mənimsəyə bilməyəcək. Bu halda da həm özünün, həm vətəndaşın hüquqlarını qoruya bilməyəcək. Təklif edirəm bununla bağlı bir dinləmə keçirək”, - Həsənquliyev mayın 21-də İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2023-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatına münasibət bildirərkən deyib.
 
Gülnar Nazimqızı

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
157
15
anews.az

10Mənbələr