AZ

"Fəvvarələr meydanında şəkil çəkdirir, sonra deyir ki, mitinq keçirir"

“Fəvvarələr meydanında camaatın olduğu yerdə şəkil çəkdirir, sonra deyir ki, orada mitinq keçirir”. 


Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov bildirib.

 

"Guya mitinqdə də ona qarşı polis təyziqi olub. Əllərində belə şeyləri əsas tutaraq xarici ölkələrdən sığınacaq istəyirlər. Maşın alverçiləri, oğrular və digər işsiz şəxslər bu işlə məşğuldur. Bu da insan alverinin bir yoludur. Viza alıb, xaricə gedən kimi də başlayırlar, söyüşə, təhqirə. Bu kimi məsələlərə uyğun ciddi nəzarət olunmalıdır", - o qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
168
15
modern.az

10Mənbələr