AZ

Rəşt-Astara dəmir yoluna dair yenilik var

Rəşt-Astara dəmir yolunun Azərbaycan və İran ərazisindən keçən hissəsində tədqiqat işlərinə 2024-cü ilin iyununda başlanıla bilər.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın dövlət katibi - nəqliyyat nazirinin müavini Dmitri Zverev “Rusiya - İslam dünyası: KazanForum 2024” XV Beynəlxalq İqtisadi Forumunda deyib.

“Ümid edirik ki, iyunda biz ilk tədqiqat işlərinə başlayacağıq, icra müqaviləsi imzalanacaq. Bu il layihələndirmə ilə paralel olaraq tikinti işlərinə başlanılacaq ki, 2028-ci ilə artıq birbaşa xətti istismara vermək mümkün olsun”.

Xatırladaq ki, mayın 17-də Rusiya və İran arasında “Şimal-Cənub” layihəsi çərçivəsində Azərbaycan və İran arasında Rəşt-Astara yolunun Fars körfəzi limanlarına keçidi təmin edəcək hissəsinin birgə tikintisinə dair saziş imzalanıb. Layihənin ümumi dəyəri 1,6 milyard avrodur. Bu hissənin tikintisinə 1,3 milyard avro məbləğində dövlətlərarası kredit ayrılacaq. Sənədə əsasən, Moskva və Tehran mal və xidmətlərin layihələndirilməsi, tikintisi və tədarükünü birgə maliyyələşdirəcək.

Daha əvvəl məlumat verilmişdi ki, tikinti işlərinin 2027-2028-ci illərdə başa çatdırılması gözlənilir.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
2
yenisabah.az

5Mənbələr