“Şimal-Cənub” nəqliyyat dəhlizinin bir hissəsi olan Rəşt-Astara dəmir yolunun tikintisi 2027-2028-ci illərdə yekunlaşacaq.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiyanın nəqliyyat naziri Vitali Savelyev yayıb.
"İran tərəfi ilə birgə inşa etdiyimiz Rəşt-Astara dəmir yolunun uzunluğu 162 km-dir. Hazırda işlər davam edir, layihəni 2027-2028-ci illərdə bitirəcəyik. Parallel olaraq Azərbaycan tərəfi 7 milyon ton yük daşımağa imkan verən yolun özünə aid olan hissəsini yaxşılaşdırır”, - deyə o, qeyd edib.
Nazir vurğulayıb ki, yaxın perspektivdə “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə yükdaşımanın 7 milyon tondan 15 milyon tonadək artması mümkündür.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta