AZ

ABŞ Cənub-Şimal marşrutuna sanksiya qoya bilər

Hindistan və İran arasında Çabahar limanının birgə istismarına dair razılaşma ABŞ-ın sanksiyalarından kənarda deyil. Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bildirib.


"Biz bilirik ki, Hindistan və İran Çabahar limanı üçün 10 illik müqavilə imzalayıb. ABŞ-ın İrana qarşı sanksiyaları qüvvədə qalır və biz onları tətbiq etməyə davam edəcəyik. İranla iş birliyinə daxil olan  hər kəs sanksiyaların potensial riskindən xəbərdar olmalıdır”- Patel bildirib. 


Hindistanın bu razılaşma ilə bağlı ABŞ-ın mümkün sanksiyalarından azad olub-olmaması ilə bağlı suala Patel "qqla bilər” cavabını verib. Eyni zamanda o, ABŞ-ın İranla müqavilə imzalayarkən Hindistanın xarici siyasət hədəflərini nəzərə alacağını da açıq şəkildə söyləyib.


Bununla belə, İran Hindistanla ticarət və yükdaşımaları genişləndirmək üçün Çabahar limanının birgə istismarına dair razılaşma ilə məhdudlaşmır.


İranın yollar və şəhərsalma naziri Mehrdad Bəzrpaş Çabahar limanı ilə bağlı müqavilənin imzalanma mərasimi zamanı  deyib ki, yaxın gələcəkdə İran-Hindistan birgə gəmiçilik şirkəti yaratmağı düşünür.


"Bizim dəmir yolu, avtomobil və dəniz infrastrukturunun inkişafı üçün ardıcıl planlarımız var və İranın müxtəlif sektorlarında tranzit artımı davam edir", - nazir qeyd edib.


Son illər ərazisindən Şimal-Cənub nəqliyyat dəhlizinin qollarından birinin keçdiyi Rusiya Xəzər dənizi üzərindən İran limanlarına yükdaşımalarını kəskin şəkildə artırıb.


Bundan başqa, Rusiya İran və Azərbaycan dəmir yollarını birləşdirən Rəşt-Astara dəmir yolunun tikintisi üçün 1,2 milyard dollar kredit ayırmağa hazır olduğunu deyib. 


Hazırda tərəflər layihənin həyata keçirilməsi üçün müqavilə layihəsi üzərində işləyir. Rəsmi Bakı  Azərbaycanın bu layihəyə qoşula biləcəyini bildirib. 


 Mayın 13-də İran və Hindistan Çabahar limanının birgə işlətməklə ibağlı 10 illik müqavilə imzalayıb. 


Çabahar limanı İranın cənub-şərqində yerləşir. Dehli və Tehran limanın birgə inkişafı ilə bağlı 2003-cü ildə razılığa gəlib lakin sonradan İslam Respublikasına qarşı beynəlxalq sanksiyaların tətbiqi ilə əlaqədar layihə təxirə salınıb.


2016-cı ildə Hindistanın baş naziri Narendra Modi Tehrana səfəri zamanı Dehlinin liman infrastrukturunun tikintisinə 500 milyon dollar sərmayə qoymaq niyyətində olduğunu açıqlayıb. 2016-cı ilin mayında Hindistan limanda Şəhid Beheşti terminalının tikintisi üçün İran və Əfqanıstanla üçtərəfli saziş imzalayıb.


Çabahar limanı vasitəsilə Hindistanı Rusiya ilə birləşdirəcək Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması planlaşdırılır. Bu ticarət marşrutu Hindistan və İran körfəzi ölkələrindən İran, Azərbaycan və Rusiya əraziləri vasitəsilə, o cümlədən bu üç ölkənin dəmir yollarını birləşdirərək Qərbi və Şimali Avropaya yüklərin daşınması üçün nəzərdə tutulub.


Müqavilənin şərtlərinə əsasən, India Ports Global Limited (IPGL) Çabahar limanına 120 milyon dollar sərmayə qoyacaq. "The Times of India” yazır ki, infrastrukturun yaxşılaşdırılmasına yönəlmiş layihələrin həyata keçirilməsi üçün 250 milyon dollarlıq kredit xətti açılıb.


 Hindistan limana 25 milyon dollar dəyərində altı mobil liman kranı (ikisi 140 tonluq və dördü 100 tonluq) və digər avadanlıqlar verib.


N.Təbrizli

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
157
3
anews.az

7Mənbələr