AZ

AZPROMO COP29 üzrə tədbirlər çərçivəsində "Bizneslə dialoq" keçirməyi planlaşdırır

Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) mayın 17-də COP29 üzrə 2024-cü il tədbirləri çərçivəsində "Bizneslə dialoq" keçirməyi planlaşdırır.

Trend xəbər verir ki, bu AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Azərbaycan-Latviya biznes forumunda deyib.

"Strukturumuz mayın 17-də COP29 çərçivəsində əcnəbi şirkətlərin iştirakı ilə biznes üçün ilk forum keçiriləcək. Həmçinin, noyabr ayında COP29 çərçivəsindən investisiya konfransı təşkil edəcəyik", - deyə o bildirib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.


Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
3
ekologiya.az

7Mənbələr