AZ

IEA COP29 formatında ilk yüksək səviyyəli dialoqun keçirilməsini səbirsizliklə gözləyir

Bakı. Trend:

Beynəlxalq Enerji Agentliyi (IEA) COP29 formatında ilk yüksəksəviyyəli dialoqun keçirilməsini səbirsizliklə gözləyir.

Trend xəbərverir ki, bu barədə IEA-nın icraçı direktoru Fatih Birol "X"platformasında məlumat paylaşıb.

"COP29-un prezidenti Muxtar Babayevlə birgə mayın 15-də ParisdəCOP29 formatında ilk yüksək səviyyəli dialoqun keçirilməsinisəbirsizliklə gözləyirik. Enerji və iqlim sahəsində dünya liderləriCOP28-in nəticələrinin reallaşdırılması və Bakı üçün gündəliyinmüəyyənləşdirilməsini müzakirə etmək üçün IEA-nın baş ofisindətoplaşacaq", - deyə o yazıb.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası builin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərarCOP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasındaqəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcəkvə 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlimsisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ciilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitindəimzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturununingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqliqərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ciilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərindəyerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
1
az.trend.az

7Mənbələr