AZ

AZPROMO COP29 üzrə tədbirlər çərçivəsində "Bizneslə dialoq" keçirməyi planlaşdırır

Bakı. Trend:

Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların TəşviqiAgentliyi (AZPROMO) mayın 17-də COP29 üzrə 2024-cü il tədbirləriçərçivəsində "Bizneslə dialoq" keçirməyi planlaşdırır.

Trend xəbərverir ki, bu AZPROMO-nun icraçı direktoru Yusif AbdullayevAzərbaycan-Latviya biznes forumunda deyib.

"Strukturumuz mayın 17-də COP29 çərçivəsində əcnəbi şirkətləriniştirakı ilə biznes üçün ilk forum keçiriləcək. Həmçinin, noyabrayında COP29 çərçivəsindən investisiya konfransı təşkil edəcəyik",- deyə o bildirib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası builin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərarCOP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasındaqəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcəkvə 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlimsisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ciilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitindəimzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturununingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqliqərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ciilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərindəyerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
3
az.trend.az

7Mənbələr