AZ

Amerikalı general Ukrayna Silahlı Qüvvələri üçün məyusedici proqnoz verib

ABŞ ordusunun Avropadakı keçmiş komandanı general Ben Hoces Rusiya Silahlı Qüvvələrinin Ukrayna ordusuna ciddi ziyan vurduğunu bildirib.

 

Oxu24.com xəbər  verir  ki, onun sözlərini T-online sitat gətirir.

 

Hərbçinin sözlərinə görə, cari il Kiyev üçün çətin olacaq və Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski “rusların böyük irəliləyişinin qarşısını almaq üçün” hərbi təmas xəttini sabitləşdirməyə ehtiyac duyur.

 

O, əks halda bunun güclü psixoloji təsir göstərəcəyini vurğulayıb.

 

Mayın 7-də Avstriya ordusunun polkovniki Markus Raysner bildirib ki, Ukrayna hərbçiləri operativ döyüş ehtiyatlarının olmaması səbəbindən Rusiya qoşunlarının hücumlarına tab gətirə bilməyəcəklər.

 

Həmin gün Almaniyanın “Die Welt” qəzeti yazıb ki, Qərbin hərbi yardımının olmaması Rusiyanın Ukrayna münaqişəsində təkcə döyüş meydanında deyil, həm də psixoloji səviyyədə qalib gəlməsinə səbəb olub.

 

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin keçmiş generalı Rusiyanın Xarkov və Sumıya necə hücum edə biləcəyini açıqlamışdı.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
268
50
oxu24.com

10Mənbələr