AZ

“Real”ın futbolçusu üçün ikiqat yubiley

Çempionlar Liqasının yarımfinal mərhələsində "Bayern"lə cavab oyunu "Real"ın futbollçusu Toni Kroos üçün əlamətdar olub.

Rekord.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi turnirdə 20 yarımfinal matçına çıxıb.

O, bu göstəricidə yalnız Kristiano Ronaldodan (21) geri qalır.

Bu, almaniyalı oyunçunun ÇL-də 150-ci qarşılaşmasıdır. Yarış tarixində yalnız 7 futbolçu bu rəqəmə çata bilib.

Səfərdə 2:2 hesablı heç-heçə edən "Real" cavab oyununda 2:1 hesablı qələbə sayəsində finala yüksəlib. Komanda iyunun 1-dəki həlledici matçda Almaniyanın "Borussiya" (Dortmund) klubu ilə üz-üzə gələcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
2
Mənbələr
Şərh ()
Bağla