Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib.
Komanda.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda “Real” doğma meydanda Almaniyanın “Bayern” komandasını qəbul edib.
Görüş Madrid klubunun qələbəsi ilə başa çatıb. Qarşılaşmada hesabı qonaqlar açıblar. Amma son dəqiqələrdə dubl edən Xoselu İspaniya komandasını finala daşıyıb.
Xatırladaq ki, Münhendəki ilk matçda heç-heçə (2:2) qeydə alınmışdı.
“Real” finalda Almaniyanın “Borussiya” (Dortmund) kollektivinə rəqib olub.
UEFA Çempionlar LiqasıYarımfinalın cavab oyunu8 may
“Real” (İspaniya) – “Bayern” (Almaniya) 2:1Qollar: Xoselu, 88; 90+1 – Alfonso Deyvis, 68.Baş hakim: Şimon Marçinyak (Polşa).Madrid. “Santyaqo Bernabeu” stadionu.İlk oyun – 2:2.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin EtiketlərUEFA Çempionlar Liqası
- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta