AZ

"Bavariya" ilə oyun "Real"ın futbolçusu üçün yubileylərlə əlamətdar olub

UEFA Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsində "Bavariya" ilə cavab oyunu "Real"ın futbollçusu Toni Kroos üçün əlamətdar olub.

"Report" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi turnirdə 20 yarımfinal matçına çıxıb.

O, bu göstəricidə yalnız Kriştianu Ronaldudan (21) geri qalır.

Bu, almaniyalı oyunçunun ÇL-də 150-ci qarşılaşmasıdır. Yarış tarixində yalnız 7 futbolçu bu rəqəmə çata bilib.

Qeyd edək ki, Almaniyada "Bavariya" ilə 2:2 hesablı heç-heçə edən "Real" finala yüksəlib. Komanda iyunun 1-dəki həlledici matçda Almaniyanın "Borussiya" (Dortmund) klubu ilə üz-üzə gələcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
142
2
Mənbələr
Şərh ()
Bağla