AZ

“Real Madrid” vaxtından əvvəl çempion oldu - 36-cı dəfə

İspaniya La Liqasında 2023/2024-cü illər mövsümünün qalibi müəyyənləşib. Missiya.Az xəbər verir ki, "Real Madrid" ölkə çempionatının 34-cü turunda doğma meydanda "Kadis"ə 3:0 hesabı ilə qalib gəlib və mövsümün bitməsinə 4 tur qala çempionluğunu təmin edib. Beləliklə, Karlo Ancelottinin klubu tarixində 36- cı dəfə ölkə çempionu olub.Qeyd edək ki, hazırda ilk pillədəki "Real Madrid"in 87 xalı var. İkinci sırada 74 xalla "Jirona" qərarlaşıb. İlk "üçlüy"ü isə 73 xalı olan "Barselona" tamamlayır.Daşqın HəsənovMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
163
7
Mənbələr
Şərh ()
Bağla