AZ

Liqa 1: PSJ 12-ci dəfə Fransa çempionu olub

Futbol üzrə Fransa çempionatının 2023-2024-cü illər mövsümünün qalibi müəyyənləşib.

“İki sahil” xəbər verir ki, PSJ bu ada sahib çıxıb. Belə ki, Liqa 1-in XXXI turunda "Monako"nun "Lion"a 2:3 hesabı ilə məğlub olmasından sonra aktivində 70 xalı olan Paris təmsilçisinin sona 3 tur qalmış qızıl medalları təmin etməsi dəqiqləşib. Knyazlıq klubu isə xal itkisinin ardından 58 xalla ikinci pillədə qərarlaşıb.

Bununla da paytaxt klubu 12-ci dəfə qızıl medala sahib çıxıb.

Qeyd edək ki, ötən mövsüm də Fransa çempionluğunu PSJ əldə etmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
166
7
Mənbələr
Şərh ()
Bağla