İspaniya La Liqasında 2023/2024-cü illər mövsümünün qalibi müəyyənləşib. Missiya.Az xəbər verir ki, "Real Madrid" ölkə çempionatının 34-cü turunda doğma meydanda "Kadis"ə 3:0 hesabı ilə qalib gəlib və mövsümün bitməsinə 4 tur qala çempionluğunu təmin edib. Beləliklə, Karlo Ancelottinin klubu tarixində 36- cı dəfə ölkə çempionu olub.Qeyd edək ki, hazırda ilk pillədəki "Real Madrid"in 87 xalı var. İkinci sırada 74 xalla "Jirona" qərarlaşıb. İlk "üçlüy"ü isə 73 xalı olan "Barselona" tamamlayır.Daşqın HəsənovMissiya.Az