AZ

Pakistanda avtobus dərəyə yuvarlandı: 20 nəfər öldü

Pakistanın Gilgit Baltistan bölgəsində səhər saatlarında Karakorum şossesində sürücüsünün idarəetməni itirməsi nəticəsində sərnişin avtobusu yoldan çıxıb və dərəyə uçub.

Sitat.info xəbər verir ki, dəhşətli qəzada 20 nəfər həyatını itirib, yaralılar xəstəxanalara çatdırılıb.

Polis bildirib ki, Pəncab əyalətinin Ravalpindi şəhərindən Gilgit şəhərinə getmək üçün yola düşən avtobusda olan sərnişinlərin ümumi sayı hələlik məlum deyil.

Pakistanın Baş naziri Şahbaz Şərif açıqlamasında həyatını itirənlərə başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb. Şerif səlahiyyətlilərə yaralılara hər cür tibbi yardım göstərməyi tapşırıb.

Türkan,

Sitat.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
2
sitat.info

5Mənbələr