AZ

Pakistanda dəhşətli qəza: Avtobus dərəyə uçdu

Pakistanın Gilgit Baltistan bölgəsində sərnişin avtobusunun dərəyə yuvarlanması nəticəsində azı 20 nəfər ölüb.

Turkustan.az xəbər verir ki, Pakistanın Gilgit Baltistan bölgəsində səhər saatlarında Karakorum şossesində sürücüsünün sükanı itirməsi nəticəsində sərnişin avtobusu yoldan çıxıb və vadiyə uçub.

Xəbər verildikdən sonra hadisə yerinə polis, sağlamlıq və xilasetmə qrupları göndərilib. Dəhşətli qəzada 20 nəfər həyatını itirərkən, yaralılar xəstəxanalara çatdırılıb.

Polis bildirib ki, Pəncab əyalətinin Ravalpindi şəhərindən Gilgit şəhərinə getmək üçün yola düşən avtobusda olan sərnişinlərin ümumi sayı hələlik məlum deyil.

Pakistanın Baş naziri Şahbaz Şərif açıqlamasında həyatını itirənlərə başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb. Şerif səlahiyyətlilərə yaralılara hər cür tibbi yardım göstərməyi tapşırıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
2
turkustan.az

5Mənbələr