AZ

Pakistanda avtobus dərəyə uçdu: 20 nəfər ölüb

Pakistanın Gilgit Baltistan bölgəsində sərnişin avtobusunun dərəyə yuvarlanması nəticəsində 20 nəfər həyatını itirib.

Bakupost.az xəbər verir ki, Pakistanın Gilgit Baltistan bölgəsində səhər saatlarında Karakorum şossesində sürücüsünün sükanı itirməsi nəticəsində sərnişin avtobusu yoldan çıxıb və vadiyə uçub.

Hadisə yerinə polis, sağlamlıq və xilasetmə qrupları göndərilib. Dəhşətli qəzada 20 nəfər həyatını itirib, yaralılar xəstəxanalara çatdırılıb.

Pakistanın Baş naziri Şahbaz Şərif açıqlamasında həyatını itirənlərə başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb. Şərif səlahiyyətlilərə yaralılara hər cür tibbi yardım göstərməyi tapşırıb.



Elnur
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
2
bakupost.az

5Mənbələr