AZ

"Apple"ın gəliri azalıb: iPhone satılmır

ABŞ-nin texnologiya nəhənglərindən biri olan Apple-nin gəliri, 30 Martda sona çatan 3 aylıq dövrdə illik 4 faiz azalsa da, 90,8 milyard dollarla bazar gözləntilərinin üstündə olub.

"Cebhe.info" xəbər verir ki, "Apple", 2024-cü maliyyə ilinin ikinci rübü hesab etdiyi 30 Martda bitən 3 aylıq dövr üçün balans hesabatını açıqladı.

Buna görə şirkətin gəliri sözügedən dövrdə illik yüzdə 4 azalaraq 90,8 milyard dollar oldu.  Ötən ilin eyni dövründə şirkət 94,8 milyard dollar gəlir əldə edib.

Bazarın gözləntiləri "Apple"-ın sözügedən dövrdə gəlirinin 90,01 milyard dollar olacağı idi.

Eyni dövrdə "Apple"-ın xalis mənfəəti 2 faiz azalaraq 23,6 milyard dollar olub.  Şirkətin xalis mənfəəti 2023-cü ilin eyni dövründə 24,2 milyard dollar olub.

Şirkətin səhm üzrə mənfəəti qeyd olunan dövrdə 1,52 dollardan 1,53 dollara yüksəlib.

Apple həmçinin 110 milyard dollarlıq səhmləri geri alacağını açıqlayıb.  Sözügedən məbləğ şirkətin tarixində ən böyük səhm geri alış məbləği idi.

Bu dövrdə "Apple"ın smartfon və planşet satışları azalarkən, kompüter satışları artıb.

30 martda sona çatan 3 aylıq dövrdə "iPhone" satışlarının məbləği keçən ilin eyni dövrünə görə yüzdə 10,5 azalaraq 45,9 milyard dollara gerilədi.

 Eyni dövrdə "iPad" satışları yüzdə 16,7 azalaraq 5,56 milyard dollara, "Mac" satışları isə 3,9 faiz artaraq 7,5 milyard dollara olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
5
cebheinfo.az

6Mənbələr