“Apple”, 2024-cü maliyyə ilinin ikinci rübü hesab etdiyi 30 martda bitən 3 aylıq dövr üçün balans hesabatını açıqladı.

İndex.az xəbər verir ki, şirkətin gəliri sözügedən dövrdə illik yüzdə 4 azalaraq 90,8 milyard dollar oldu. Ötən ilin eyni dövründə şirkət 94,8 milyard dollar gəlir əldə edib.

Bazarın gözləntiləri “Apple”in sözügedən dövrdə gəlirinin 90,01 milyard dollar olacağı idi.

Eyni dövrdə “Apple”in xalis mənfəəti 2 faiz azalaraq 23,6 milyard dollar olub. Şirkətin xalis mənfəəti 2023-cü ilin eyni dövründə 24,2 milyard dollar olub.

Şirkətin səhm üzrə mənfəəti qeyd olunan dövrdə 1,52 dollardan 1,53 dollara yüksəlib.

“Apple” həmçinin 110 milyard dollarlıq səhmləri geri alacağını açıqlayıb. Sözügedən məbləğ şirkətin tarixində ən böyük səhm geri alış məbləği idi.