AZ

Ermənistanda 4 hərbçinin ölümü ilə bağlı 2 nəfər həbs olundu

Ermənistanda Müdafiə Nazirliyinin iki əməkdaşı həbs edilib.

Teleqraf.com xəbər verir ki, onlar aprelin 12-də 4 hərbçinin ölümü ilə nəticələnən hərbi yük maşınının qəzaya uğraması işi çərçivəsində həbs edilib.

Onlar Ermənistan Cinayət Məcəlləsinin 538-ci maddəsinin 4-cü hissəsi (nəqliyyat vasitələrini idarə etmə və ya istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) ilə ittiham olunublar. Bu maddə üzrə maksimum cəza 8 il müddətinə azadlıqdan məhrumetmədir.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
5
teleqraf.com

6Mənbələr