Ermənistanda Müdafiə Nazirliyinin iki əməkdaşı həbs edilib. APA xəbər verir ki, onlar aprelin 12-də 4 hərbçinin ölümü ilə nəticələnən hərbi yük maşınının qəzaya uğraması işi çərçivəsində həbs edilib. Onlar Ermənistan Cinayət Məcəlləsinin 538-ci maddəsinin 4-cü hissəsi (nəqliyyat vasitələrini idarə etmə və ya istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) ilə ittiham olunublar. Bu maddə üzrə maksimum cəza 8 il müddətinə azadlıqdan məhrumetmədir.
- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta