AZ

Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub

Ermənistanda Müdafiə Nazirliyinin iki əməkdaşı həbs edilib.
 
APA Ermənistan İstintaq Komitəsinə istinadən xəbər verir ki, onlar aprelin 12-də 4 hərbçinin ölümü ilə nəticələnən hərbi yük maşınının qəzaya uğraması işi çərçivəsində həbs edilib.
 
Onlar Ermənistan Cinayət Məcəlləsinin 538-ci maddəsinin 4-cü hissəsi (nəqliyyat vasitələrini idarə etmə və ya istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) ilə ittiham olunublar. Bu maddə üzrə maksimum cəza 8 il müddətinə azadlıqdan məhrumetmədir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
5
moderator.az

6Mənbələr