AZ

Bakı Dairəvi avtomobil yolunda təmir işləri davam etdirilir VİDEO - FOTO

Dövlət başçısının tapşırığına uyğun olaraq, avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxt Bakı ərazisində kompleks tədbirlər icra olunur.

Avtosfer.az xəbər verir ki, bu çərçivədə Bakı Dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri davam etdirilir.

Təmir işləri sözügedən avtomobil yolunun 9-14-cü km-lik hissəsində (“Binə” ticarət mərkəzindən Biləcəri qəsəbəsi istiqamətində) icra olunur.

Sözügedən hissə uzun müddət əsaslı təmir olunmadan istismar olunurdu. Artıq yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə edilirdi. Bu isə yolda rahat və maneəsiz hərəkətə maneə yaradırdı. 

Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənarlaşdırılması işləri icra olunur. Bu səbəbdən sözügedən hissədə hərəkət qismən məhdudlaşdırılıb. Sürücülərdən qeyd olunan ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.  

Daha sonra yeni asfalt-beton örtüyü döşənəcək və üfüqi nişanlanma xətlərinin çəkilişi icra olunacaq.

Təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, ərazidə hərəkətdə olarkən diqqətli olmaları xahiş olunur.

YOLUNUZ AÇIQ OLSUN...

FOTO QALEREYA

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
17
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22895
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14411
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
13474
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11332
Helikopterin qalıqları tapılıb
8767
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7927
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6937
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6654
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5147
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4580
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4075
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3797
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
3597
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3525
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2794
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2063
Azərbaycan nefti ucuzlaşdı
1608
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1590
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1347
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1341