- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri aparılıb.
Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Doğru.az-a bildirilib ki, təmir işləri Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı dairəvi avtomobil yoluna çıxış hissədə (estekadadan YDM-dək) aparılıb.
Təmir çərçivəsində köhnə və yararsız asfalt-beton örtüyü frezlənərək kənara daşınıb, ardınca isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.
Sonda üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunmaqla yol yenilənmiş şəkildə yenidən sürücülərin istifadəsinə verilib.
DOĞRU.AZ
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.