AZ

Britaniya özünün hipersəs raketlərini hazırlamağı planlaşdırır

Böyük Britaniya 2030-cu ilə qədər hipersəs qanadlı raketləri hazırlamağı və ordunun istifadəsinə verməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə "Daily Telegraph" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Britaniya ordusu raketlərin sürətlə hərəkət edə bilməsini, yeni silahların tamamilə krallığın alimləri tərəfindən hazırlanmasını və istehsal edilməsini istəyir.

"Bu kimi qabaqcıl layihələr yalnız hökumətin bu həftə müdafiə sahəsində yeniliklərə qoyduğu böyük yeni investisiya sayəsində mümkün ola bilər", - deyə adı açıqlanmayan müdafiə mənbəsi qəzetə bildirib.

Aprelin 23-də Böyük Britaniyanın baş naziri Rişi Sunak Londonun müdafiə sənayesini hərbi bazaya keçirəcəyini və müdafiə xərclərini ÜDM-in 2,5%-nə qədər artıracağını açıqlayıb.

Bu, maliyyələşdirmənin 2024-cü ildəki 64,6 milyard funt-sterlinqdən (80,3 milyard dollar) 2028-ci ildə 78,2 milyard funt-sterlinqə, sonra isə 2030-31-ci illərdə 87 milyard funt-sterlinqə qədər yüksələcəyini göstərir.

"Daily Telegraph" bu silahların hazırlanması planlarının hələ ilkin mərhələdə olduğunu bildirib. Məsələn, həll olunmamış sual hipersəs raketlərinin qurudan, havadan və ya dənizdən buraxılmasıdır. Nəşrin mənbələri etiraf ediblər ki, bu, həyata keçirilməsi çətin layihədir, çünki yüksək temperaturlara tab gətirə bilən belə raketlər üçün bəzi materiallar hələ mövcud deyil və onlar sıfırdan hazırlanmalıdır.

Məqalədə qeyd edildiyi kimi, London növbəti 7 il üçün nəzərdə tutulmuş müdafiə konsorsiumunun bir hissəsi kimi hipersəs raketlərinin hazırlanmasına 1 milyard funt sterlinq (1,24 milyard dollar) sərmayə qoymağa hazırdır. Rəsmi olaraq Böyük Britaniya Müdafiə Nazirliyi bu planları şərh etməkdən imtina edib.


BiG.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
142
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23559
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13076
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
10019
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5670
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5504
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Helikopter qəzası ilə bağlı yeni xəbər
4696
Rəisi öldü, Pakistanda matəm elan edildi
4075
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3709
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3639
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3438
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3354
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3036
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
2800
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2732
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2646
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2503