AZ

Sunak: Qarşıdakı beş il Britaniya tarixində ən təhlükəli illər olacaq

“Qərb ölkələri avtoritar dövlətlərin artan təhdidləri ilə üz-üzədir, qarşıdakı beş il Böyük Britaniya tarixində ən təhlükəli illərdən biri olacaq”.

“İki sahil” xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Rişi Sunak bildirib.

Onun sözlərinə görə, növbəti 5 ildə son 30 ildəkindən daha çox dəyişikliklər olacaq:

“Əminəm ki, növbəti bir neçə il ölkəmizin tarixində ən təhlükəli və eyni zamanda transformasiya illərindən olacaq. İran, Çin, Şimali Koreya və Rusiya kimi avtoritar dövlətlər Qərb ölkələri üçün problem yaradır.

Ölkəmiz yol ayrıcındadır. Növbəti bir neçə il ərzində demokratiyadan tutmuş iqtisadiyyata, cəmiyyətdə çətin müharibə və sülh məsələlərinə qədər həyatımızın demək olar ki, hər bir sahəsi dəyişəcək”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
203
3
ikisahil.az

10Mənbələr