AZ

Sərtan Taşkın “Adanaspor”a qarşı oynadı, “Manisa”…

Futbol üzrə Azərbaycan millisinin sağ cinah müdafiəçisi Sərtan Taşkın Türkiyənin “Manisa” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 32-ci turu çərçivəsində baş tutan “Adanaspor”la oyunun iştirakçısı olub.

“Manisa” səfərdə baş tutan bu oyundan heç-heçə ilə ayrılıb – 1:1. Futbolçumuzun komandası 6-cı dəqiqədə hesabı açsa da, 27-ci dəqiqədə üstünlüyünü əldən verib.

Taşkın bu oyunun 90+3-cü dəqiqəsində meydana buraxılıb.

Xatırladaq ki, Sərtan Taşkın “Manisa”ya bu ilin yanvar ayında “Turan Tovuz”dan 50 min avro qarşılığında keçib. Onun Türkiyə klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. Milli komandamızın üzvü Manisanın eyniadlı təmsilçisinin heyətində 13 matça çıxıb, 3 sarı, 2 qırmızı vərəqə alıb.

32 turdan sonra “Manisa” 37 xalla 18 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
4
Mənbələr
Şərh ()
Bağla