AZ

Sərtan Taşkın “Çorum”a qarşı 90 dəqiqə oynadı - Video

Futbol üzrə Azərbaycan millisinin sağ cinah müdafiəçisi Sərtan Taşkın Türkiyənin “Manisa” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 27-cı turu çərçivəsində baş tutan “Çorum”la oyunun iştirakçısı olub.

“Manisa” səfərdə baş tutan və 7 qolun vurulduğu bu oyundan məğlubiyyətlə ayrılıb – 3:4.

Taşkın bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Millimizin üzvü 48-ci dəqiqədə sarı vərəqə də alıb.

Xatırladaq ki, Sərtan Taşkın “Manisa”ya bu ilin yanvar ayında “Turan Tovuz”dan 50 min avro qarşılığında keçib. Onun Türkiyə klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. Milli komandamızın üzvü Manisanın eyniadlı təmsilçisinin heyətində 8 matça çıxıb, 3 sarı, 2 qırmızı vərəqə alıb.

27 turdan sonra “Manisa” 31 xalla 18 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
169
3
Mənbələr
Şərh ()
Bağla