AZ

Sərtan Taşkın üçün “Bandırmaspor”la matçda 90 dəqiqə və 1 xal

Futbol üzrə Azərbaycan millisinin sağ cinah müdafiəçisi Sərtan Taşkın Türkiyənin “Manisa” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 29-cu turu çərçivəsində baş tutan “Bandırmaspor”la oyunun iştirakçısı olub.

“Manisa” səfərdə baş tutan bu oyundan heç-heçə ilə ayrılıb – 1:1. 44-cü dəqiqədə məğlub duruma düşən Sərtanın komandası 90+1-ci dəqiqədə bərabərliyə nail olub.

Taşkın bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

Xatırladaq ki, Sərtan Taşkın “Manisa”ya bu ilin yanvar ayında “Turan Tovuz”dan 50 min avro qarşılığında keçib. Onun Türkiyə klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. Milli komandamızın üzvü Manisanın eyniadlı təmsilçisinin heyətində 10 matça çıxıb, 3 sarı, 2 qırmızı vərəqə alıb.

29 turdan sonra “Manisa” 32 xalla 18 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
4
Mənbələr
Şərh ()
Bağla