AZ

ATƏT-də Azərbaycan və Ermənistan nümayəndələri arasında mübahisə düşdü – VİDEO 

ATƏT-in “İnsan hüquqlarının və Beynəlxalq humanitar hüququn təmin olunmasında vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən tədbirində Qərbi Azərbaycan İcmasının (QAİ) nümayəndə heyəti ilə Ermənistan nümayəndə heyəti arasında mübahisə baş verib. 

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, Ermənistanın Avstriyadakı səfirliyinin əməkdaşı iclasın əvvəlində Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Gənclər Şurası sədrinin müavini Kamal Cəfərovun tədbirdə icma nümayəndəsi kimi iştirakına mane olmağa çalışıb. 

Diplomat daha sonra rəsmi İrəvandan gəldiyini iddia etdiyi etiraz məktubunu səsləndirib, ancaq təxribatı baş tutmadığı üçün demarş edərək iclas zalından çıxıb. 

K.Cəfərov cavabında Qərbi Azərbaycan İcmasının heç bir ərazi iddiası olmadığını bəyan edib: 

“Təşkilatımız qeyri-hökumət təşkilatıdır və çox yaxşı bilirsiniz ki, QHT-nin təbiət etibarı ilə heç bir dövlətə ərazi iddiası ola bilməz. Ermənistan nümayəndə heyətinin bu əsassız iddiaları isə onların avtoritar həyasızlığın növbəti nümunəsidir”. 

İcma nümayəndəsi vurğulayıb ki, ermənilər əsrlər boyu azərbaycanlıları evindən deportasiya edib: 

“Onlar bizə qarşı etnik təmizləmə həyata keçiriblər. İndi də burada səsimizi kəsmək istəyirlər. Bu isə heç vaxt olmayacaq. Biz həmişə həqiqətləri ifadə edəcək, faktları deyəcəyik”.
 


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
34
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23909
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13299
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
10753
Helikopter qəzası ilə bağlı yeni xəbər
6310
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5715
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5547
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
4686
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
4639
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3900
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3732
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3586
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3485
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3069
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2914
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2767
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2542