AZ

Macar nazir: “Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıtması zəruridir”

“Azərbaycan nümayəndə heyətinin Avropa Şurasının Parlament Assambleyasına (AŞPA) qayıtması zəruridir”.

Bizim.Media xəbər verir ki, bunu Macarıstan Xarici İşlər Nazirliyi Peter Siyarto “Alpha News”a müsahibəsində bildirib.

“Bura həmfikirlərin klubu deyil, hamı burada təmsil olunmalıdır. Əgər bir ölkə ilə bağlı narahatlıq və ya tənqid üçün əsas varsa, onunla birbaşa üzləşməlisiniz. Burada etirazım var, düşünürəm ki, avropalı siyasətçilər kifayət qədər cəsarətli deyillər.
İnsanlara özlərinin olmadıqları mühitdə qışqırmaq asandır. Yaxşı olar ki, insanları birbaşa tənqid edəsiniz. Və niyə də bu, təşkilat çərçivəsində edilməsin?”, - deyə macar nazir qeyd edib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
179
34
bizim.media

10Mənbələr