AZ

"Azərbaycanın ev sahibliyi edəcəyi COP29 turizmin inkişafına töhfə verəcək" - DEPUTAT FİKİR BİLDİRDİ

"Dünyanın ən böyük beynəlxalq konfransı hesab edilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi ilə bağlı qəbul olunmuş qərar olduqca mühüm əhəmiyyət daşıyır. Bu, bir çox nüfuzlu beynəlxalq tədbirlərə ən yüksək səviyyədə ev sahibliyi etmiş ölkəmizə olan beynəlxalq etimadın növbəti göstəricisidir və Azərbaycanın daha da artan nüfuzunu nümayiş etdirir. 180-dən çox dövlətin nümayəndəsinin iştirak edəcəyi bu nəhəng tədbirdə ətraf mühitin mühafizəsi, ekologiya, “yaşıl enerji” sahələrində ixtisaslaşan qurumların təmsilçilərinin geniş müzakirəsi bu sahələrə sərmayə axıcılığını stimullaşdırır, “yaşıl iqtisadiyyat” quruculuğu yolunda təşəbbüsləri bir araya gətirir. Bu baxımdan COP29 sammiti Azərbaycanın etibarlı tərəfdaş ölkə kimi dünyada açıq təşəbbüslərin açıq məkanına çevrilməsini şərtləndirməklə, gələcək yeni enerji proqramlarında bölgənin aparıcı sərmayə nöqtəsinə çevrilməsini də təmin edəcək”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Millət vəkili qeyd edib ki, alternativ enerji ilə bağlı layihələr və “yaşıl enerji”nin dünya bazarına nəqli Azərbaycanın enerji siyasətində prioritet sahələrdən biridir və bu siyasət nəticə etibarilə Avropadakı tərəfdaşlarımızın maraqlarına xidmət edir: “Bu mötəbər tədbirin “Yaşıl dünya naminə həmrəylik ili”ndə keçirilməsi nəticəsində Azərbaycan özünün ən müsbət tərəflərini dünyaya çatdıra biləcək. Eyni zamanda, ölkəmiz həmin istiqamətlər üzrə yaxın bir neçə 10 illiyə hesablanmış yeni siyasətin formalaşdırılması üçün çox əlverişli imkanlar qazanacaq. Yəni, bu baxımdan düşünürəm ki, konfrans çox əhəmiyyətli tədbirdir. "Yaşıl dünya naminə həmrəylik ili”ndə isə Azərbaycanın bütün dövlət, özəl qurumları bu və ya digər formada birbaşa və ya dolası ilə adıçəkilən proseslərdə fəal iştirak etməklə dövlətin bununla bağlı mövcud siyasətinə də dəstək vermiş olacaqlar”.

A.Hüseynov bildirib ki, COP29-a beynəlxalq nəhəng iqtisadi tədqiqat və investisiya mərkəzlərinin, maliyyə institutlarının da böyük marağı vardır: “Onların sırasında Dünya Bankının (DB) xüsusi dəstəyi mövcuddur və Azərbaycan arasında faydalı münasibətlər fonunda DB-nin bu zirvə görüşü prosesində ölkəmizdə hərtərəfli dəstək göstərəcəyi şübhəsizdir. DB “yaşıl iqtisadiyyat” böyük önəm verir, sərmayələr cəlb edir. Xüsusilə ətraf mühitin mühafizəsi, ekologiya, “yaşıl enerji” sahələrində ixtisaslaşan qurumlarla sıx əməkdaşlıq edir, iqlim dəyişmələrinə həsr edilmiş konfranslara dəstək verir. Azərbaycanın da hədəfləri bu istiqamətə yönəlib, “yaşıl iqtisadiyyat” qurucluluğu istiqamətində davamlı proqrmalara start verilib, 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elna olunub. Ona görə də DB-nin COP29 ili çərçivəsində ölkəmizlə üst-üstə düşən hədəf prioritetlərinə dəstək verəcəyi istisna deyil, bank artıq bu barədə öz niyyətini bəyan edib. Azərbaycanın ev sahibliyi edəcəyi COP29 turizmin inkişafına da töhfə verəcək. Bir aya yaxın dövrdə 80 mindən çox turistin Azərbaycanda olması iaşə sektorunun, xidmət və turizmin əlavə dividentlər qazanması deməkdir”.

Ləman Sərraf

Seçilən
48
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
27700
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26779
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
18979
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18160
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14650
Sabah 20 dərəcə isti olacaq
10000
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
9561
May ayında Azərbaycana qar yağdı - VİDEO
8953
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8739
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8561
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7429
Azərbaycanlı məşhurun hər kəsdən gizlətdiyi gözəl qızı - VİDEO
7310
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7193
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
7062
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6965
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6680
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6581
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6557
Azərbaycan nefti ucuzlaşıb
6173
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6147