AZ

Zahid Oruc: Kəndlərimizin qaytarılmasına etiraz edən ermənilərə Paşinyanın dili ilə cavab verməliyik

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Kəndlərimizin qaytarılmasına etiraz edən ermənilərə Paşinyanın dili ilə cavab verməliyik.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin aprelin 23-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, təkcə Qarabağ və ətraf ərazilərdə deyil, daha böyük coğrafiyalarda itirilən tarixi yurd yerlərinin qaytarılması İlham Əliyevi son üç əsrin qəhrəmanına çevirir: “Bir kəndin - Nüvədinin itirilməsi ilə Naxçıvanın Azərbaycandan ayrı düşməsi tarixi reallığı, indi qaytarılan dörd kəndin ərazisindən daha böyük mənəvi-siyasi və hərbi-təhlükəsizlik əhəmiyyətini sübut edir. Elə Rusiya-Ukrayna müharibəsində hər kənd uğrunda həyatını itirən minlərlə insanı gördükdə Ağdam, Kəlbəcər, Laçın, Zabux, Sus, o cümlədən dörd kənd üçün verilməyən şəhidlərimiz üzərindən hesablayanda qələbəmizin dəyəri daha böyük görünür”.

Deputat bildirib ki, 19 aprel razılaşması Qərbin Azərbaycan əleyhinə apardığı etnik təmizləmə və ilhaq kampaniyasına da zərbə vurur, dezinformasiyaları alt-üst edir: “Ona görə də sazişi BMT Baş katibi, ABŞ dövlət katibi, Avropa İttifaqının rəhbərləri və onlarla ölkənin xarici siyasət idarəsi də alqışlamalı oldu. Ermənistanın siyasi qətnamə və silahlarla təchizinin Azərbaycana qarşı olmadığını, İrəvan müharibəyə hazırlaşırsa, niyə dörd kəndi sülh yolu ilə qaytarır deyənlər bilsin ki, Paşinyanı belə addıma vadar edən 44 üstəgəl bir gündür”.

"Şuşa və Xankəndi zəfərinin, ərazi bütövlüyünün memarının məhz Ulu Öndər olduğunu deyərkən dünən Kremldə Heydər Əliyevin misilsiz xidmətlərinin vurğulanmasını XXI əsrin qlobal siyasətini müəyyən edən Baykal-Amur magistralının Zəngəzur dəhlizi ilə birləşəcəyini, nəhəng Şimal-Cənub marşrutuna da yaşıl işıq salacağını qürurla söyləməliyik. Əlbəttə, kəndlərin qaytarılmasına ya bütövlükdə, ya da birtərəfli olduğu üçün etiraz edən “26 sentyabr beyinlilər"ə də Paşinyanın dili ilə cavab verməliyik”, - Milli Məclisin üzvü qeyd edib.

Z.Oruc vurğulayıb ki, Ermənistanın Baş naziri rəsmi Bakının ultimatumunu son bir ayda iki dəfə Tavuş camaatına çatdırıb: "O, ermənilərə razılaşmayacaqları təqdirdə regionda partlayış olacağı ilə bağlı xəbərdarlıq etdi. Yəni sadə dilə çevirsək, Paşinyan demək istəmişdi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək”.

Seçilən
48
18
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
106
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
102
BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
90
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
89
Azərbaycanda bu məhsul bahalaşdı
81
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
80
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
75
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
74
Həlak olan şəxslər sabah dəfn olunacaq
74
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
66
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
62
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
60
Helikopter qəzası ilə bağlı yeni xəbər
56
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
54
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
53
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
49
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
47
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
45
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
41
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
40