AZ

Zahid Oruc:” Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək”!

19 apreldə 4 kəndin işğaldan azad olunması xəbəri 44 günlük müharibədə Ali Baş Komandanın xalqa tarixi müraciətlərinin davamıdır. Nəinki bir kənd, hətta bir ev də Vətəndir! Təkcə Qarabağ və ətraf ərazilərdə deyil, daha böyük corafiyalarda itirdiyimiz tarixi yurd yerlərinin qaytarılması İlham Əliyevi son 3 əsrin qəhrəmanına çevirir. Bir kəndin-Nüvədinin itirilməsi ilə Naxçıvanın Azərbaycandan ayrı düşməsi tarixi reallığı, indi qaytarılan 4 kəndin ərazisindən daha böyük mənəvi-siyasi və hərbi-təhlükəsizlik əhəmiyyətini sübut edir.

Elə Rusiya-Ukrayna müharibəsində hər kənd uğrunda həyatını itirən minlərlə insanı gördükdə Ağdam, Kəlbəcər, Laçın, Zabux, Sus, o cümlədən 4 kənd üçün verilməyən şəhidlərimiz üzərindən hesablayanda Qələbəmizin dəyəri daha böyük görünür!

Rus dilində məşhur bir ifadə var-sobiratel zemel! Dilimizdə qarşılığı ona görə yoxdur ki, onu qazanan rəhbərimiz olmayıb. İndi sərhəd xətlərini ordunun və diplomatiyanın gücü ilə yenidən çəkən, Rəsulzadənin, Nərimanovun, Bağırovun yarımçıq qalan arzularını gerçəkləşdirən lider məhz sobiratel zemeldir! Torpaqları toplayanda millət də, dövlət də böyüyür.

Prezident dünən kollektiv Qərblə savaşan Putinə onun 1960 nəfərlik ordusundan çox, məhz Azərbaycanın qlobal fitvalara qoşulmadan, forpost olmadan, Bakıdan Mokvaya zərbə vurulmayacağına zəmanət verir. Ən böyük sülhməramlı da Odur-bizim liderdir!

"Qarabağ işğal olunub” deyən Avropa Parlamenti, Fransadan fərqli olaraq, 19 aprel razılaşması Qərbin əleyhimizə apardığı etnik təmizləmə və ilhaq kampaniyasına da zərbə vurur, "Azərbaycanın Ermənistana hücum edəcəyi”nə dair son 6 ayda tirajlanan dezinformasiyaları alt-üst edir. Ona görə sazişi BMT Baş katibi, ABŞ Dövlət katibi, Avropa İttifaqının rəhbərləri və onlarla ölkənin xarici siyasət idarəsi də alqışlamalı oldu.

Ermənistanın siyasi qətnamə və silahlarla təchizinin Azərbaycana qarşı olmadığını, "İrəvan müharibəyə hazırlaşırsa, niyə 4 kəndi sülh yolu ilə qaytarır” deyənlər bilsin ki, Paşinyanı belə addıma vadar edən 44 üstəgəl bir gündür!

Şuşa və Xankəndi Zəfərinin, bütövlüyümüzün memarının məhz Ulu öndər olduğunu deyərkən dünən Kremldə Heydər Əliyevin misilsiz xidmətlərinin vurğulanmasını XXI əsrin qlobal siyasətini müəyyən edən Baykal Amur Magistralının Zəngəzur dəhlizi ilə birləşəcəyini, nəhəng Şimal-Cənub marşrutuna da yaşıl işıq salacağını qürurla söyləməliiyk!

Əlbəttə, kəndlərin qaytarılmasına ya bütövlükdə, ya da birtərəfli olduğu üçün etiraz edən "26 sentyabr beyinli”lərə də Paşinyanın dili ilə cavab verməliyik. Erməni Baş nazir Bakının ultimatumunu son bir ayda iki dəfə Tavuş camaatına çatdırarkən xəbərdar etdi ki, əgər razılaşmasanız, regionda partlayış olacaq. Yəni, sadə dilə çevirsək, Paşinyan demək istəmişdi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək!
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
15
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
7596
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5146
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
4877
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4659
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4427
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3673
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
2950
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2703
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2670
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2594
Sabah 20 dərəcə isti olacaq
2583
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2260
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2171
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2064
Röyanın biabırçı videosu yayıldı
2053
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2011
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1690
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1666
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1582
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1579