AZ

DYP Xaçmaz və Beyləqanda ətraf mühitə zərər vuran avtomobil sürücülərinə qarşı tədbir görüb

DYP

Bakı, 22 aprel, AZƏRTAC

Ətraf mühitə normadan artıq zərərli maddələr atan avtomobillərin istismarının qarşını alınması məqsədilə Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin bölgələrdə həyata keçirdiyi nəzarət tədbirləri davam edir.

Bu barədə AZƏRTAC-a İdarədən məlumat verilib.

Xaçmaz və Beyləqan rayonlarında təşkil olunan növbəti tədbir zamanı DYP əməkdaşları mühərrikinin işlənmiş qazlarında atmosferə atılan zərərli maddələrin miqdarı normadan çox olan avtonəqliyyat vasitələrinin sürücülərinə qarşı qanunvericiliyə uyğun tədbirlər görməklə yanaşı, nasaz nəqliyyat vasitələrindən istifadənin ətraf mühitə, o cümlədən insanların həyat və sağlamlığına vurduğu zərərlə bağlı onlarla maarifləndirmə xarakterli söhbətlər aparıb.

 

Seçilən
73
8
Mənbələr
Şərh ()
Bağla