AZ

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb- VİDEO

Ətraf mühitə normadan artıq zərərli maddələr atan avtomobillərin istismarının qarşını alınması məqsədilə Baş DYP İdarəsinin bölgələrdə həyata keçirdiyi nəzarət tədbirləri davam edir.

İdarənin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Xaçmaz və Beyləqan  rayonlarında təşkil olunan növbəti tədbir zamanı DYP əməkdaşları mühərrikinin işlənmiş qazlarında atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olan avtonəqliyyat vasitələrinin sürücülərinə qarşı qanunvericiliyə uyğun tədbirlər görməklə yanaşı, nasaz nəqliyyat vasitələrindən istifadənin ətraf mühitə, o cümlədən insanların həyat və sağlamlığına vurduğu zərərlə bağlı onlarla maarifləndirmə xarakterli söhbətlər aparıb.

Seçilən
66
8
Mənbələr
Şərh ()
Bağla