AZ

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb

Zərərli

Bakı, 19 aprel, AZƏRTAC

Ətraf mühitə normadan artıq zərərli maddələr atan avtomobillərin istismarının qarşını alınması məqsədilə Baş Dövlət Yol Polis İdarəsinin bölgələrdə həyata keçirdiyi nəzarət tədbirləri davam edir.

İdarənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Qazax rayonunda təşkil olunan növbəti tədbir zamanı Dövlət Yol Polisi əməkdaşları mühərrikinin işlənmiş qazlarında atmosferə atılan zərərli maddələrin miqdarı normadan çox olan avtonəqliyyat vasitələrinin sürücülərinə qarşı qanunvericiliyə uyğun tədbirlər görməklə yanaşı, nasaz nəqliyyat vasitələrindən istifadənin ətraf mühitə, o cümlədən insanların həyat və sağlamlığına vurduğu zərərlə bağlı onlarla maarifləndirmə xarakterli söhbətlər aparıb.

 

 

Seçilən
71
8
Mənbələr
Şərh ()
Bağla