AZ

Agentlik Siyavuş Novruzova cavab verdi

Ötən gün parlamentin plenar iclasında deputat Siyavuş Novruzov uşaqların evdə deyil, məktəbdə oxuyub öyrənməsi ilə bağlı fikirlər irəli sürüb.

Belə ki, o, 1-ci siniflərin məktəbə qəbulunun müsabiqə yolu ilə olmasını birmənalı qarşılamayıb.

NOCOMMENT.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi AzEdu.az-a açıqlamasında Siyavuş Novruzova cavab verib.

Bildirilib ki, ümumi təhsil müəssisələrinin 1-ci sinfinə uşaqların qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə ərizələrin onlayn qeydiyyatı yolu ilə həyata keçirilir:

“Uşaqların 1-ci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir. Qeydiyyat valideyn (və ya digər qanuni nümayəndə) tərəfindən aparıla bilər.

Ölkə üzrə 12 ümumi təhsil müəssisəsi istisna olmaqla (lisey, gimnaziyalar, incəsənət yönümlü müəssisələr) dövlət ümumi təhsil müəssilərinə 1-ci sinfə qəbul prosesində heç bir müsabiqə həyata keçirilmir.

Yalnız bəzi lisey və gimnaziyalara uşaqların qəbulu prosesi onların xüsusi hazırlıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsabiqə komissiyalarının rəyi əsasında aparılır.

Eyni zamanda bildirmək istərdik ki, 1-ci sinfə qəbul prosesi 1 may tarixində başladıqda Azərbaycan bölməsi üzrə 82 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq 1-ci sinfə qaldırılacaq. Bu da təxminən məktəbyaşlı uşaqların ümumi sayının 70%-ni təşkil edir.

Eyni zamanda bildiririk ki, dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan 1-ci siniflərinə qəbul uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə təşkil olunan müsahibə komissiyalarının rəyi əsasında həyata keçirilir”.

Qeyd edilib ki, 1 may tarixindən 13 sentyabr tarixinə qədər məktəbəqəbul elektron sistemində valideynlər qeydiyyatdan keçərək şəxsi kabinet yarada biləcəklər:

“3 may tarixindən 13 sentyabr tarixinə qədər Azərbaycan bölməsi üzrə məktəb seçimi aparılacaq. Həmçinin 3 may- 17 may tarixlərində tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibələrə qeydiyyat, 7 may – 30 may tarixlərində tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibələr təşkil olunacaq. 12 iyun tarixindən 13 sentyabr tarixinə qədər rus bölməsi üzrə məktəb və müəllim seçimi aparılacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24316
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13673
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
11811
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Helikopter qəzası ilə bağlı yeni xəbər
8384
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
6074
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5787
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Rəisi öldü, Pakistanda matəm elan edildi
5665
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5594
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
4023
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3861
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3770
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3592
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3368
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3136
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2792
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2570