AZ

Agentlik: 12 məktəb istisna olmaqla 1-ci sinfə qəbul prosesində heç bir müsabiqə həyata keçirilmir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Azərbaycanda 12 ümumi təhsil müəssisəsi istisna olmaqla dövlət ümumi təhsil müəssilərinə 1-ci sinfə qəbul prosesində heç bir müsabiqə həyata keçirilmir.

“İki sahil” xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, yalnız bəzi lisey və gimnaziyalara uşaqların qəbulu prosesi onların xüsusi hazırlıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsabiqə komissiyalarının rəyi əsasında aparılır: "Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbul uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə təşkil olunan müsahibə komissiyalarının rəyi əsasında həyata keçirilir".

Agentlikdən bildirilib ki, ümumi təhsil müəssisələrinin birinci sinfinə uşaqların qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə ərizələrin onlayn qeydiyyatı yolu ilə həyata keçirilir. Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir. Qeydiyyat valideyn (və ya digər qanuni nümayəndə) tərəfindən aparıla bilər.

Eyni zamanda 1-ci sinfə qəbul prosesi mayın 1-dən başladıqda Azərbaycan bölməsi üzrə 82 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq 1-ci sinfə qaldırılacaq. Bu da təxminən məktəbyaşlı uşaqların ümumi sayının 70%-ni təşkil edir.

Xatırladaq ki, mayın 1-dən sentyabrın 13-dək məktəbə qəbul elektron sistemində valideynlər qeydiyyatdan keçərək şəxsi kabinet yarada biləcəklər. Mayın 3-dən sentyabrın 13-nə qədər Azərbaycan bölməsi üzrə məktəb seçimi, 3 may- 17 may tarixlərində tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibələrə qeydiyyat aparılacaq. 7 may – 30 may tarixlərində tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibələr təşkil olunacaq. İyunun 12-dən sentyabrın 13-dək rus bölməsi üzrə məktəb və müəllim seçimi aparılacaq.

Qeyd edək ki, parlamentin cümə günü keçirilən plenar iclasında çıxış edən Milli Məclisin regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov 1-ci sinfə qəbul zamanı müsahibə təşkil edilməsi praktikasını tənqid etmişdi.

Seçilən
22
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
448
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
399
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
323
Azərbaycanda bu məhsul bahalaşdı
302
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
284
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
269
Helikopter qəzası ilə bağlı yeni xəbər
266
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
262
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
261
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
235
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
232
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
227
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
217
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
196
Həlak olan şəxslər sabah dəfn olunacaq
192
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
187
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
168
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
166
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
158
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
138