AZ

"İlk dəfə 45 dövlət qurumunda maliyyə-nəzarət tədbirləri baş tutub"

Ötən il Hesablama Palatasının audit və analitik fəaliyyətini əhatə edən 45 dövlət maliyyə-nəzarət tədbirlərinin 42,2 %-i ilk dəfə həyata keçirilib.

Redaktor.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bugünkü iclasında Palatanın 2023-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, son iki ilin göstəricisi əvvəlki illərlə müqayisədə bir qədər çoxdur: "Bunun da əsas səbəbi büdcə xərclərinin artması, büdcə sifarişlərinin genişlənməsidir, nəticədə də yeni audit predmentləri yaranır".

Humay İSGƏNDƏRLİ

Seçilən
160
29
Mənbələr
Şərh ()
Bağla