AZ

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunub

Hesablama Palatası tərəfindən keçirdiyi auditlərin sayı və əhatə dairəsinin artması üçün bir sıra istiqamətlərdə əlavə tədbirlərin görülməsinə və resursların artırılmasına ehtiyac var. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bugünkü iclasında Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

“Nəzarət tədbirlərinin orta davam etmə müddətinin qısaldılması, dövlət orqanlarında elektron uçot sisteminin tətbiqinin genişləndirilməsi, dövlət maliyyə məlumatlarının vahid elektron bazasının yaradılması, elektron büdcə sisteminə keçid, suni intellektə əsaslanan risklərin müəyyən edilməsi bu hədəfə çatmağa imkan verə bilər. Əks halda Palatanın ştat vahidlərinin sayının artırılması kimi klassik tədbirlərə ehtiyac yaranacaq”, - T.Mirkişili bildirib.

Ümumiyyətlə Hesablama Palatası 2023-cü il üçün əməliyyat planının 91,7 %-ni icra edib. Bu, əvvəlki illə müqayisədə 10,4 % artım deməkdir.

Deputat Palata tərəfindən dövlət büdcəsi gəlirlərinin 95,4 %-nin, xərclərinin isə 77,6 %-nin auditinin aparılmasını mövcud imkanlar çərçivəsində məqbul hesab edir:

"Hesabat ilində Palata tərəfindən monitorinq fəaliyyətinin genişləndirilməsini, verilən təkliflərini izlənməsinin artırılmasını təqdirə layiq hal hesab edirik. Ümumiyyətlə, düşünürük ki, hər il nəzarət tədbirləri zamanı aşkar edilən nöqsanların təkrarlanması bu halların olmaması üçün verilən bütün təkliflərin izlənməsini vacib edir. Bunu üçün müəyyən maarifləndirici alətlərdən də istifadə edilməsini vacib sayırıq".

T.Mirkişili əlavə edib ki, hesabatda Palata tərəfindən ilk dəfə olaraq həyata keçirilən hökumət əsaslı Dayanıqlı İnkişaf Məqsədlərinin qiymətləndirilməsi, konsolidə edilmiş maliyyə hesabatlarının auditinin aparılması, investisiya fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi haqqında geniş məlumatlar verilib: "Biz bu istiqamətlərdə Palatanın fəaliyyətini məqbul hesab edirik".

Seçilən
139
29
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18102
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17513
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16732
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15230
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
14190
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
12665
Çingiz Mustafayevin toyudur - FOTOLAR
12512
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
11625
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10694
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
10393
"Zaur, yenə çaşdın..." - VİDEO
8427
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7299
Minimum əmək haqqı nə qədər arta bilər?
6605
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6433
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6072
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5183
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5152
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4806
22 yaşlı Könülü boğazında naqillə basdırıblar... - Foto
4333