AZ

Azərbaycanda Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Hesablama Palatası tərəfindən keçirdiyi auditlərin sayı və əhatə dairəsinin artması üçün bir sıra istiqamətlərdə əlavə tədbirlərin görülməsinə və resursların artırılmasına ehtiyac var.

“İki sahil”in xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bugünkü iclasında Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

“Nəzarət tədbirlərinin orta davam etmə müddətinin qısaldılması, dövlət orqanlarında elektron uçot sisteminin tətbiqinin genişləndirilməsi, dövlət maliyyə məlumatlarının vahid elektron bazasının yaradılması, elektron büdcə sisteminə keçid, suni intellektə əsaslanan risklərin müəyyən edilməsi bu hədəfə çatmağa imkan verə bilər. Əks halda Palatanın ştat vahidlərinin sayının artırılması kimi klassik tədbirlərə ehtiyac yaranacaq”, - T.Mirkişili bildirib.

Ümumiyyətlə Hesablama Palatası 2023-cü il üçün əməliyyat planının 91,7 %-ni icra edib. Bu, əvvəlki illə müqayisədə 10,4 % artım deməkdir.

Deputat Palata tərəfindən dövlət büdcəsi gəlirlərinin 95,4 %-nin, xərclərinin isə 77,6 %-nin auditinin aparılmasını mövcud imkanlar çərçivəsində məqbul hesab edir:

"Hesabat ilində Palata tərəfindən monitorinq fəaliyyətinin genişləndirilməsini, verilən təkliflərini izlənməsinin artırılmasını təqdirə layiq hal hesab edirik. Ümumiyyətlə, düşünürük ki, hər il nəzarət tədbirləri zamanı aşkar edilən nöqsanların təkrarlanması bu halların olmaması üçün verilən bütün təkliflərin izlənməsini vacib edir. Bunu üçün müəyyən maarifləndirici alətlərdən də istifadə edilməsini vacib sayırıq".

T.Mirkişili əlavə edib ki, hesabatda Palata tərəfindən ilk dəfə olaraq həyata keçirilən hökumət əsaslı Dayanıqlı İnkişaf Məqsədlərinin qiymətləndirilməsi, konsolidə edilmiş maliyyə hesabatlarının auditinin aparılması, investisiya fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi haqqında geniş məlumatlar verilib: "Biz bu istiqamətlərdə Palatanın fəaliyyətini məqbul hesab edirik".

Seçilən
126
29
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
14988
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
14985
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
14955
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
12599
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
11056
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
8974
"Zaur, yenə çaşdın..." - VİDEO
7669
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5814
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
5020
Elçin boşandığını etiraf etdi - FOTOLAR
4426
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4408
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4082
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4000
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3772
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3117
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3097
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2866
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2853
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2710